“Əməkdar artist Məlahət Abbasova dedi ki, aktyor Mehmet Salih Güney verilişimdə qonaq olsun. Razılaşdım. Məlahət xanım layihəyə qonaqla gec gəldi, ona görə çətin vəziyyətə düşdüm”.
Musavat.com xəbər verir ki, bu sözləri fırıldaqçılıqda ittiham olunan aparıcı Vüsalə Səid keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, Abbasovanın ittihamlarından sonra onunla əlaqə saxlayıb: “Məlahət Abbasovanın mənə qarşı qəzəbi var. Salih bəyi tədbirə gecikdirdiyi üçün ona gileyli səs göndərmişdim. Bu da onu əsəbləşdirir, mənə qarşı kin saxlayıb. O, deyir ki, mən 400 manat deməmişəm. Məlahət xanımla bağlı hüquqi addım atıb atmayacağını barədə qərar verməmişik”.
V. Səidin vəkili qeyd edib ki, Məlahət Abbasovanın fikirlərini yazan jurnalistləri məhkəməyə verilib (red. bir neçə gün öncə aparıcı Musavat.com, Qafqazinfo.az və azxeber.com saytlarını məhkəməyə verəcəyini açıqlamışdı). Lakin Səid jurnalistin “Niyə sizi fırıldaqçılıqda ittiham edən Məlahət Abbasovanı deyil, jurnalistləri məhkəməyə verirsiniz” sualını cavabsız qoyub. O bildirib ki, Məlahət Abbasova ilə bağlı məhkəməyə müraciət edib etməyəcəyini vəkillə danışandan sonra qərar verəcək.

































