16.12.2020 - 15:27
Dünya 4 baxış

İtkin düşən erməni hərbçilərinin valideynləri aksiya keçiriblər

Xocavənd rayonunun işğaldan azad olunmuş Köhnə Tağlar və Çaylaqqala kəndlərində itkin düşən onlarla erməni yaraqlısının valideynləri Şırak vilayətində Gümrü-Yerevan yolunu bağlayıblar.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, valideynlər itkin düşmüş övladlarını sosial şəbəkələrdə yayılan videogörüntülərdən tanıyıblar.

Məlumata görə, valideynlər daha öncə vilayət administrasiyası binasının girişini də kəsiblər.

Bundan başqa, övladları itkin düşmüş valideynlər Müdafiə Nazirliyinin qarşısında da aksiya keçirirlər. Onlar itkin düşmüş övladları barədə məlumat verilməsini tələb edirlər.

Qeyd edək ki, erməni valideynlər artıq 1 aydır ki Müdafiə Nazirliyi qarşısında mütəmadi aksiyalar keçirirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: