İtaliya və İsveçrədə mafiyaya qarşı əməliyyatın gedişində 75 nəfər həbs olunub
İtaliyanın maliyyə qvardiyası və İsveçrə polisi “Ndranqeta” adlı cinayətkar təşkilata qarşı miqyaslı əməliyyat keçirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əməliyyat nəticəsində ağır cinayətlər törətməkdə şübhəli bilinən 75 nəfər həbs olunub.
İtaliyanın cənubunda yerləşən Katandzaro əyalətinin Maliyyə Qvardiyası nümayəndəsinin sözlərinə görə, həmin cinayət işində 158 nəfərin adı keçir. Həbs olunan şəxslərə mafiya fəaliyyəti, narkotik vasitələrin qaçaqmalçılığı, cinayət və korrupsiya yolu ilə əldə edilən çirkli pulların yuyulması və digər ağır cinayətlər üzrə ittiham irəli sürülüb. İtaliya Maliyyə Qvardiyasının 700-ə yaxın əməkdaşının cəlb olunduğu əməliyyatın gedişində cinayətkar qruplaşmaya aid 169 milyon avro dəyərində əmlak müsadirə edilib.
“Ndranqeta” təşkilatına qarşı əməliyyat İtaliya və İsveçrə hüquq-mühafizə orqanlarından təşkil olunan birgə istintaq qrupunun fəaliyyəti nəticəsində baş tutub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suriyaya gedən azərbaycanlıdan ŞOK ETİRAF: “Zorla evləndim, kafir dedilər”
Fransada Azərbaycan səfirliyinə hücuma görə bir nəfər saxlanıldı
Səudiyyəlilər daha jurnalistləri öldürməyəcəklərinə söz verdilər
Koronavirusun laboratoriyada yaradılmasına dair sübutlar tapılıb
Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və... - FOTO
953 nəfərin panikaya düşərək öldüyü gün - Dəhşətli tarix...
Xameneinin bacısı: "Qardaşım İran xalqının səsinə qulaq asmır"