06.02.2020 - 13:30
İdman 3 baxış

İtaliya mətbuatı: Messi “Barsa”dan getməyə hazırdır

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi “Barsa”dan getməyə hazırdır.

Bu barədə İtaliyanın məşhur “Gazzetta dello Sport” nəşri yazıb.

Nəşrin məlumatına görə, 32 yaşlı oyunçu komandanın düşərgəsində baş verənlərdən və hər şeydə məhz onun günahkar hesab edilməsindən olduqca məyus olub.

Messinin həmçinin, Ernesto Valverdenin yerinə yeni təyin olunan Kike Setyenin məşq prosesindən narazı olduğu qeyd edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: