İtaliya kubokunun qalibi müəyyənləşdi
İyunun 17-də futbol üzrə İtaliya kubokunun 2019-2020-ci il mövsümünün final görüşü keçirilib.
Minval.info xəbər verir ki, turnirin həlledici görüşündə “Napoli” və “Yuventus” klubları üz-üzə gəliblər.
Gərgin mübarizə ilə başlayan görüşün ilk dəqiqələrində hər iki komanda qol vurmağa yaxın olub. Buna baxmayaraq birinci hissədə hesab açılmayıb.
Qarşılaşmanın ikinci hissəsi də, qarşılıqlı hücumlarla keçsə də hesab dəyişilməyib. Koronavirus pandemiyasına görə, reqlamentə dəyişiklik olunub. Belə ki, komandalar qalibi müəyyən eləmək üçün birbaşa 11 metrlik cərimə zərbələri vurmağa məcbur olublar.
Bu seriyalarda daha dəqiq olan “Napoli” klubu İtaliya kubokunun qalibi adını qazanıb – 4:2.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Bu “Napoli”nin tarixində qazandığı 6-cı İtaliya kuboku olub.
Xatırladaq ki, yarım finalda “Napoli” klubu “İnter”i (1:0, 1:1), “Yuventus” isə “Milan” (1:1, 0:0) komandasını mübarizədən kənarlaşdırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək