İsveçrə Gülnarə Kərimovanın hesabındakı 131 milyon frankı Özbəkistana qaytarır
Özbəkistan hökuməti İsveçrə ilə keçmiş diktator İslam Kərimovun qızı Gülnarə Kərimovadan 2012-ci ildən qalma 131 milyon frankın ölkəyə geri verilməsi barədə razılığa gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, tərəflər arasında bununla bağlı çərçivə saziş də imzalanıb.
Xatırladaq ki, İsveçrə baş prokurorluğu hələ 2012-ci ildə Gülnarə Kərimovanın 800 milyon franklıq hesabını dondurmuşdu. İndi həmin hesablarda təxminən 650 milyon İsveçrə frankı, yəni 715 milyon ABŞ dolları qalıb.
Özbəkistan hüquq mühafizə orqanları Gülnarə Kərimovanın ölkəyə vurduğu ziyanı 1,2 trilyon sum (özbək pul vahidi-red.), yəni 1,6 milyard ABŞ dolları məbləğində dəyərləndirir.
İmzalanan sazişə görə, Özbəkistan tərəfi öz üzərinə İsveçrə qarşısında geri qaytarılan pulların sırf özbək xalqının rifahı və həyat şəraitinin yaxşılaşdırılmasına sərf ediləcəyinə dair öhdəlik götürüb. Bundan başqa, rəsmi Daşkənd həmin vəsaitin müvafiq şəkildə xərclənməsinin şəffaf monitorinqini həyata keçirəcəyinə bildirib.
Xatırladaq ki, bu ilin martında Daşkənd məhkəməsi Gülnarə Kərimovaya 13 il 4 ay azadlıqdan məhrum etmə cəzası verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada erməni mafiyasına daha bir zərbə
Pompeo: "ABŞ İranla müharibə etmək istəmir"
Ermənilər Karaqandadakı qətli azərbaycanlının üstünə atmağa çalışır - VİDEO
Türkiyədə "polislər" azərbaycanlı qadına təcavüz etdilər
Sevgilisindən üzr istəməyə getmişdi, cinayətkar oldu - FOTO
Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü