İsveçin Torekov qəsəbəsində xalat mədəniyyəti
İsveçin cənubunda yerləşən Torekov qəsəbəsində xalat geyinmək gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib. Təxminən 1000 nəfərin yaşadığı bu qəsəbədə insanlar səhər dənizə girdikdən sonra geyimlərini dəyişmir, sadəcə xalatlarını geyinərək gündəlik işlərinə davam edirlər.
Minval.info xəbər verir ki, Torekovda xalat yalnız hamamdan və ya dənizdən sonra geyilən paltar hesab olunmur. İnsanlar xalatla velosiped sürür, it gəzdirməklə məşğul olur, kafedə qəhvə içir və marketə gedirlər. Bu qeyri-adi ənənənin arxasında qəsəbədə uzun illərdir davam edən səhər dənizi ritualı dayanır. Sakinlər məşhur Morgonbryggan körpüsündən sərin sulara girir, sudan çıxdıqdan sonra isə paltarlarını dəyişmək əvəzinə xalatlarını geyinirlər.
Torekov sakinləri üçün səhər dənizinə girmək sadəcə üzmək deyil, həm də sosial bir ənənədir. Xüsusilə yay aylarında insanlar səhər tezdən körpünün ətrafında toplaşaraq birlikdə dənizə girirlər. Dənizdən çıxdıqdan sonra xalatlarını geyinən sakinlər günün qalan hissəsində də bu geyimdən istifadə edirlər.
Torekov küçələrində yalnız klassik ağ xalatlara rast gəlinmir. Rəngli və naxışlı xalatlar, papaqlar və rahat başmaqlar qəsəbəyə özünəməxsus küçə üslubu qazandırıb. İsveçli kontent yaradıcısı Freja Settergren də sosial mediada qəsəbənin bu xüsusiyyətindən danışaraq burada günün istənilən saatında, hətta supermarketdə belə xalatla gəzməyin tamamilə normal olduğunu bildirib.
Torekov təbii gözəllikləri və kiçik limanı ilə turistlərin diqqətini çəkən sahil qəsəbələrindən biridir. Lakin xalat mədəniyyəti buranın ən qeyri-adi xüsusiyyətlərindən biri hesab olunur. Sakinlərin rahat həyat tərzi və səhər dənizi ənənəsi Torekovu İsveçin digər sahil yaşayış məntəqələrindən fərqləndirən maraqlı xüsusiyyətlərdəndir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Masazır gölündə duz yığımı niyə dayandı?
BioNTech xərçəng peyvəndi sınaqlarını dayandırdı
Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır
Şirvanda autizmli uşağa şiddət: Psixoloqdan şok hərəkət
Qaradağda Mercedes və Range Rover toqquşdu
Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
Narsist insanları tanımağın 5 əsas əlaməti