İsveçdən İspaniyaya sərt xəbərdarlıq: Miqrant leqallaşdırılması Avropanı böhrana sürükləyir?
İsveç Baş naziri Ulf Kristersson, İspaniyanın miqrantların leqallaşdırılması ilə bağlı qərarını kəskin şəkildə tənqid edib. Kristersson, bu proqramın Şengen zonasının bütövlüyü üçün təhlükə yarada biləcəyini vurğulayıb.
Minval.info xəbər verir ki, İsveç hökumət başçısı, İspaniyanın 1 milyondan çox miqrantı leqallaşdırmaq planını “çox pis fikir” adlandırıb. Onun fikrincə, bu təşəbbüs Avropa İttifaqına üzv ölkələr arasında ciddi narazılığa səbəb olub və digər Avropa ölkələrinin miqrasiya siyasətləri ilə ziddiyyət təşkil edir.
“Financial Times”ın məlumatına görə, İspaniyanın miqrasiya siyasəti, Almaniya, Danimarka və İtaliya kimi ölkələrin liderləri tərəfindən də tənqid edilib. İyul ayında Mərakeşdən olan on minlərlə miqrant, Şimali Afrikadakı İspaniyanın muxtar şəhəri Seutaya qeyri-qanuni yollarla keçib. Bu, İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasını qadağan etməsindən sonra baş verib. Məhkəmə, miqrantların sığınacaq üçün müraciət etmə imkanının yaradılmasını tələb edib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, avqustun 3-də Seutadakı bütün miqrantların ölkədən çıxarılacağını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı