İstəmədiyiniz şəxslər “WhatsApp”da profil FOTONUZU GÖRMƏYƏCƏK
“WhatsApp”da 2 əlavə funksiya yaradılıb.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, yeni funksiya telefon nömrəsini qeyd etdiyiniz insanların da sizin profil fotonuzu görməməsinə imkan verir.
Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:
1. “WhatsApp”ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.
2. Növbəti ekranda “hesab” xanasını seçin.
3. İndi “Məxfilik” xanasını seçin.
4. Daha sonra “Profil fotosu” xanasına toxunun.
5. “Bunlar istisna olmaqla, kontaktlarım” xanasına növbəti dəfə toxunun və profil fotonuzu görməsini istəmədiyiniz kontaktları bağlayın.
İkinci özəllik hansıdır?
Mesajları bəyənmək, reaksiya bildirmək üçün smaylikdən istifadə etmək mümkün idi. Sadəcə say limitli idi. İndi maksimum dərəcə smayliklərdən istifadə etmək olar. Bunun üçün yazının üzərinə sıxırıq “+” bölməsinə daxil oluruq istədiyimiz smayliki seçirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq