İsrailin müdafiəsi risk altında: ABŞ-dan yeni hərbi gəmi tələbi
ABŞ Avropa Komandanlığının rəhbəri Aleksus Qrinkeviç, İsrailin ballistik raket təhdidlərinə qarşı müdafiəsi üçün kifayət qədər hərbi resursun olmadığını bildirərək Pentaqona xəbərdarlıq edib.
Minval.info xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. ABŞ rəsmilərinin açıqlamalarına görə, Qrinkeviç bu həftə Müdafiə Nazirliyinə yazılı şəkildə müraciət edərək vəziyyətin ciddiliyini vurğulayıb.
ABŞ komandanı, İsrailin müdafiəsində istifadə olunan dəniz qüvvələrinin sayının kifayət etmədiyini və əlavə bir hərbi gəminin, xüsusilə də esminesin ayrılmasının zəruri olduğunu qeyd edib. Əks halda, ABŞ qüvvələrinin prioritetlərini yenidən nəzərdən keçirmək məcburiyyətində qala biləcəklərini bildirib.
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Qrinkeviç, belə bir vəziyyətdə ABŞ-ın İsrailin müdafiəsini davam etdirməkdən daha çox öz ərazisinin təhlükəsizliyinə üstünlük verə biləcəyini vurğulayıb. Bu xəbərdarlıq, Vaşinqtonun İranla bağlı artan hərbi fəaliyyət fonunda resurslarının məhdudlaşdığını göstərir.
Hal-hazırda Pentaqon və ABŞ rəsmiləri bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?