25.09.2026 - 15:16
İsraildə seçki böhranı: dörd ərəb partiyasına qadağa qoyuldu
Dünya 3 baxış

İsraildə seçki böhranı: dörd ərəb partiyasına qadağa qoyuldu

İsrail Mərkəzi Seçki Komitəsi ölkədə keçiriləcək parlament seçkilərində dörd ərəb partiyasının iştirakını qadağan edib. Bu qərar oktyabrın 27-də planlaşdırılan seçkilərə təsir göstərəcək.

Minval.info xəbər verir ki, yerli media bu barədə məlumat yayıb. Məlumata görə, seçki komitəsi qərarını 5-ə qarşı 18 səslə qəbul edib. Qadağa tətbiq olunan partiyalar arasında Mansur Abbasın rəhbərlik etdiyi “Ra’am” (Birləşmiş Ərəb Siyahısı) və “Hadaş”, “Ta’al” və “Balad” partiyalarının yaratdığı Birgə Siyahı da yer alır.

Seçkiyə qatılmasına icazə verilməyən partiyalar, Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası və ifrat sağçı İtamar Ben-Qvirin “Otzma Yehudit” partiyası tərəfindən HƏMAS-la əlaqədə olmaqda ittiham olunub.

İnsan hüquqları təşkilatı “Adalah” isə bu qərarın hüquqi əsasının olmadığını bildirib. “The Times of Israel” qəzetinin məlumatına görə, qərarın Ali Məhkəmə tərəfindən ləğv ediləcəyi ehtimal olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: