04.07.2022 - 13:22
Qarabağ
205 baxış
İşğaldan azad edilmiş ərazilərin bərpasına daha 470 milyon manat ayrıldı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılıb.
“Minval.info” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.
Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
05.10.2026 - 11:31
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
05.10.2026 - 09:11
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
29.09.2026 - 09:20
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
27.09.2026 - 13:00
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
27.09.2026 - 11:36
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
25.09.2026 - 15:23
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
14.11.2025 - 15:22
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
11.07.2023 - 12:11