"İşğal altındakı Qarabağda terrorçu qruplar hazırlanır” — Əli Hüseynli

Həll olunmamış münaqişələr dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir.
“Ölkə.Az” xəbər verir ki, bunu Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının “Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirdiyi konfransda Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədrinin sözlərinə görə, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan “boz ərazilər”də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. O əlavə edib ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.
Ə. Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir: “Respublikamız təhlükəsizlik və sabitlik göstəricinə görə regionun lider ölkəsidir”.
O, bildirib ki, Azərbaycan parlamenti də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir:
“Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?