İşçilərə qısaldılmış iş saatı tətbiqi başladı
Əmək qanunvericiliyinə uyğun olaraq, bəzi işçi kateqoriyaları üçün qısaldılmış iş vaxtı tətbiq edilə bilər. Bu qərar işçinin yaşı, sağlamlıq vəziyyəti, əmək şəraiti və digər amillər nəzərə alınaraq qəbul edilir.
Minval.info xəbər verir ki, 16 yaşına çatmamış işçilər üçün həftəlik iş vaxtı 24 saatdan çox olmamalıdır. 16-18 yaş arası işçilər, I və II dərəcə əlilliyi olan şəxslər, hamilə qadınlar və yaşyarımadək uşağı olan analar, həmçinin 3 yaşına qədər uşağını təkbaşına böyüdən valideynlər üçün isə həftəlik iş vaxtı 36 saatdan artıq ola bilməz.
Bu qayda həmçinin fiziki, kimyəvi, bioloji və insan sağlamlığına zərərli digər ağır istehsalat amillərinin mövcud olduğu şəraitdə çalışanlara, eləcə də yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi yaradan iş yerlərində çalışan şəxslərə də şamil edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı