İş adamlarını aldadan şəxs azadlığa buraxıldı: Emin Yusiflinin məhkəmə qərarı şok etdi!
Bakı Ağır Cinayətlər Məhkəməsində biznes qurmaq adı ilə iş adamlarını aldatmaqda təqsirləndirilən Emin Yusiflinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Minval.info xəbər verir ki, hakim Zaur Hacıyevin rəhbərliyi ilə keçirilən iclasda Emin Yusifliyə şərti cəza verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.
Emin Yusifli, etibardan sui-istifadə və aldatma yolu ilə başqalarının əmlakını ələ keçirməkdə və zərərçəkmiş şəxslərə böyük miqdarda maddi ziyan vurmaqda ittiham olunurdu. İttihama əsasən, o, müxtəlif şəxsləri xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğuna inandıraraq onlardan pul alıb və bu pullarla heyvanlar alaraq satacağına, əldə olunan gəlirdən isə onlara qazanc verəcəyinə söz verib.
İş materiallarına görə, Emin Yusifli 2024-cü ilin mart ayında Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində tanış olduğu Dadaş Mahalovdan 50 min manat alıb. O, bu şəxslə iş birliyi quracağı və müxtəlif rayonlardan heyvanlar alıb satacağı barədə vədlər verib, lakin vədinə əməl etməyərək pulu mənimsəyib.
Bundan əlavə, Emin Yusifli eyni üsulla Fərid Mahmudovdan da 81 000 manat alıb. O, Binə qəsəbəsində tanış olduğu bu şəxsi də heyvan alqı-satqısı ilə məşğul olduğuna inandırıb və ilkin olaraq 30 000 manat alıb. Daha sonra 13 000 manat məbləğində pul qaytararaq bunu gəlir kimi təqdim edib və daha çox qazanc vədi ilə 51 000 manat daha alıb.
Emin Yusiflinin eyni üsulla İlqar Tağıyevi də aldatdığı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məmurların adından gələn təcili mesajlar: Pul tələsinə düşməyin!
Onlayn alış-verişdə təhlükə: Fırıldaqçılar necə aldatır?
Sərhəddə narkotik əməliyyatı: 40 kiloqram "ölüm taciri" ələ keçdi!
İstanbulda müəmmalı ölüm: Azərbaycanlı qadının mənzilində narkotik şübhəsi