İranın xarici işlər naziri istefa verib
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb.
ONA-nın RT-yə istinadən verdiyi xəbərə görə, İranlı nazir öz instaqram profilindən bununla bağlı paylaşım edib.
“Xarici işlər naziri olduğum müddətdə bütün nöqsanlara görə üzr istəyirəm. İran xalqına və məmurlarına öz təşəkkürümü bildirirəm”, deyə Məhəmməd Cavad Zərif yazıb.
Qeyd edək ki, Zərif 2015-ci ildə İran və altılıq ölkələri arasında nüvə razılaşmasının əldə edilməsində vacib rol oynayıb.
Bununla belə O, Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxması və nüvə razılaşmasına əsasən qaldırılmış sanksiyaları yenidən tətbiq etməsindən sonra çox saylı tənqidlərə məruz qalıb.
İranın yarı-rəsmi Tasnim xəbər agentliyinin verdiyi məlumata görə “bir sıra mənbələr Zərifin istefasını təsdiq etsələr də”, prezident Həsən Ruhaninin istefanı qəbul edib-etməyəcəyi qeyri müəyyən olaraq qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub