İranın sabiq vitse-prezidentinə həbs cəzası verilib
İran Prezidentinin qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Şəhindoxt Mövlaverdi məhkəmənin qərarı ilə 30 ay həbs cəzasına məhkum edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, xanım Mövlaverdi barəsində işə İnqilab Məhkəməsinin 15-ci şöbəsində baxılıb. Bu cəza ona gizli məlumatların və sənədlərin ötürülməsi və dövlətə qarşı təbliğat aparmaq maddələri üzrə verilib. Mövlaverdinin barəsindəki əxlaqsızlığa təhrik etmək və insanları cinsi sapqınlığa təşviq etmək maddəsi ilə ittihama dair məhkəmə qərarının təfərrüatları isə açıqlanmayıb.
Qeyd edə ki, Şəhindoxt Mövlaverdi Həsən Ruhaninin birinci hökumətində qadın və ailə məsələləri üzrə vitse-prezident vəzifəsini daşıyıb. Ruhaninin ikinci hökumətində vətəndaş hüquqları məsələləri üzrə İran Prezidentinin köməkçisi təyin edilib, lakin 2018-ci ilin dekabrında təqaüdçülərin dövlət vəzifələrində işləməsini qadağan edən qanunun tətbiq edilməsindən sonra istefa verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib