İranın baş prokuroru: “İnternetə girişin məhdudlaşdırılmasına ehtiyac var”
“İranda internetə girişin məhdudlaşdırılmasına ehtiyac var”.
“Anadolu” agentliyi xəbər verir ki, bunu İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri ölkənin Sistan və Bəlucistan əyalətində təşkil edilən hakimlərin elmi və mədəni konfransıda bildirib.
“İnternetə girişin tarixi prosesə bağlı olduğunu düşünənlər var. Ancaq belə deyil, gənclərin yanlış mərkəzlərə yönəlməsinə mane olmalıyıq”, – deyə o qeyd edib.
Baş prokuror vurğulayıb ki, İrana düşmən kəsilən ölkələr sosial media vasitəsilə ölkəsinə qarşı psixoloji savaş aparır.
Qeyd edək ki, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azeri Cehromi iki gün əvvəl ölkədə internetə girişin məhdudlaşdırılmasının yeni problemlər yaradacağını söyləmişdi.
Bildirilib ki, İranda internet istifadəçilərinin 55 faizi “Telegram”dan, 23 faizi “İnstagram”dan istifadə edir. Sıralamda üçüncü yeri “Twitter” tutur. “Twitter”dən istifadə qadağan edilsə də, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei, Prezident Həsən Ruhani, habelə xarici işlər naziri Məhəmməd Cavad Zərif bu informasiya vasitəsindən yararlanırlar.
Xatırladaq, İran Prezidenti Həsən Ruhani sosial şəbəkələrdən istifadəyə qadağa qoyulmasını yanlış addım adlandırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Allahşükür Paşazadə Ramzan Kadırov ilə görüşüb
Gürcüstanda azərbaycanlıların “qızqaçırma”sı faciə ilə nəticələndi
Aralıq dənizində iki dəfə zəlzələ olub
Türkiyədə meşə yanğınına görə rus turistlər saxlanıldı
Sanksiyaların İran büdcəsinə vurduğu zərər açıqlandı
Qonşu ölkədə rekord sayda abort qeydə alınıb: “Böyük bir nəsil məhv edilib”
Avropadan Rusiyaya zərbə