Qəzzədə meningit təhlükəsi: 15 nəfər həyatını itirib
İsrailin hücumları nəticəsində infrastrukturunun 90 faizindən çoxu dağılan və səhiyyə sistemi böyük ölçüdə çökmüş Qəzzə bölgəsində meningitin yayılması ciddi təhlükə yaradır. Xüsusilə uşaqlar olmaqla yüz minlərlə fələstinlinin sağlığı risk altındadır.
Minval.info xəbər verir ki, Qəzzədəki Səhiyyə Nazirliyinin İctimai Sağlıq İşlərindən məsul olan Nidal Qanim, Rantisi Uşaq Xəstəxanasında keçirilən mətbuat konfransında meningit hallarının artmasına diqqət çəkib.
Oktyabr ayında 272 meningit hadisəsi qeydə alınıb ki, bu da aylıq 30-50 arasında dəyişən normal göstəricinin 8 qatıdır. Bu ilin əvvəlindən bəri meningit səbəbindən 15 fələstinli həyatını itirib. Qanim, xəstəliyin yayılmasının ciddi risk yaratdığını və təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
İran dini lideri Müctəba Hamaney: Nüfus artışı milli təhlükəsizlik üçün vacibdir
BMT-nin Humanitar İşlər Koordinasiya Ofisi (OCHA), sentyabrın 27-dən oktyabrın 31-dək 413 şübhəli meningit hadisəsi qeydə alındığını açıqlayıb. Bu hadisələrin 68 faizi Qəzzə şəhərində müşahidə edilib və 5 noyabr tarixinə qədər qeydə alınan 202 hadisənin 77 faizi 1 yaşından kiçik körpələrdir.
Qəzzə bölgəsindəki Səhiyyə Nazirliyi, meningit hallarının artması ilə əlaqədar beynəlxalq təcili müdaxilə çağırışı edib. Nazirlik, artışın İsrail hücumları nəticəsində ekoloji şəraitin pisləşməsi və kanalizasiya şəbəkələri də daxil olmaqla infrastrukturun zədələnməsi ilə bağlı olduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada regional qubernator korrupsiya ittihamı ilə həbs edildi
Qəzza Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri İsrail zərbəsində öldürüldü
İranda müğənni hicabsız çıxışına görə 74 şallaq cəzası alıb
Gənclərin çağırışaqədərki hazırlığına dair yeni qaydalar təsdiqləndi
Donald Trampın təzyiqi ilə Nvidia rəhbəri yenidən vəzifəyə qaytarıldı
Ukrayna: "Avropa İttifaqı Rosatom və alumina satışlarını hədəfə almalıdır"