24.11.2026 - 13:54
Daha bir ölkə məktəblərdə mobil telefonları qadağan edir
Dünya 301 baxış

Daha bir ölkə məktəblərdə mobil telefonları qadağan edir

Daha bir Avropa ölkəsi məktəblərdə mobil telefonlardan istifadəni qadağan etməyə hazırlaşır. Publika.az xəbər verir ki, Danimarka Təhsil Nazirliyinin açıqlamasına görə, 2027-2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan, eləcə də internetə çıxışı olan digər şəxsi elektron cihazlardan istifadəyə icazə verilməyəcək.

Yeni qaydalara əsasən, məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemi tətbiq olunacaq. Dərs saatlarında sosial media, onlayn oyun və alış-veriş saytlarına giriş də məhdudlaşdırılacaq. Hansı saytların bloklanacağına isə bələdiyyələr və məktəblər qərar verəcək.

Qeyd edək ki, Niderland, Cənubi Koreya və İtaliya da daxil olmaqla bir sıra ölkələr artıq məktəblərdə ağıllı telefonlardan istifadəni qadağan edib. Polşa və Çexiya da oxşar qadağanın tətbiqini təklif edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: