İranda daha 583 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 583 nəfər koronavirusdan (COVID-19) ölüb, 27 579 nəfər yoluxub.
Minval.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 111 257 nəfərə, yoluxanların sayı isə 5 156 986 nəfərə çatıb. Virus daşıyıcılarından 7 628 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 394 083 nəfər koronavirusdan sağalıb, 29,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 29,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 9,8 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 246 rayon qırmızı, 144 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə 18 455 terrorçu zərərsizləşdirilib
Türkiyədə zəlzələ baş verib
Gürcüstanda karantin müddəti yenidən azaldılır
XİN-dən erməni nazirə: Azərbaycanı qorxutmaq mümkün deyil
“İran sürücülərin sərbəst buraxılacağına ümid edir”
İstanbulda hərbi helikopter qəzaya uğradı
Məmurları təhqir edən azərbaycanlı videobloqer vətəndaşlıqdan çıxarıldı