“İran yaxşı qonşu və dost ölkədir” - Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Bu barədə Azərbaycan XİN başçısı İran Prezidenti Həsən Ruhani ilə görüşündə bildirib.
“İranı yaxşı qonşu və dost ölkə bilirik. Azərbaycan Prezidenti və rəsmilərinin iradəsi İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir”, – deyə C. Bayramov qeyd edib.
Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından və İranla 132 kilometrlik müştərək sərhədin bərpasından danışan C. Bayramov deyib ki, Azərbaycan və İran sərhədi dostluq və inkişaf sərhədidir: “İnanırıq ki, bu sərhədlərin yenidən bərpası iki ölkə üçün yeni əməkdaşlıq layihələri baxımından zəmin yaradacaq”.
Azərbaycanla İran arasında əlaqələrin inkişafı və dərinləşməsinin zəruriliyini vurğulayan C. Bayramov müxtəlif siyasi və iqtisadi sahələrdə əməkdaşlığın davam etdirilməsi, o cümlədən Rəşt-Astara dəmir yolu layihəsinin icrasının iki ölkə arasında iqtisadi və ticari əlaqələri daha da genişləndirəcəyini qeyd edib.
Azərbaycan XİN başçısı iranlı alim Möhsin Fəxrizadənin qətlini də pisləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı