İran XİN başçısı: "Tehran nüvə sazişinə yenidən baxılmasının mümkünlüyünü rədd edir"
“Tehran İranın nüvə sazişinə yenidən baxılmasının mümkünlüyünü rədd edir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib: “Məsələ İranın nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planına yenidən baxılmasında deyil. Çünki bu “Pandora qutusu”nu açmaq və yenidən bağlamaq mümkün deyil”.
İran XİN başçısı Tehranın Rusiya və Çinə nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planının qorunub saxlanılmasında əsas tərəfdaş kimi baxdığını söyləyib: “Avropadan olan tərəfdaşlarımız isə sazişin qorunub saxlanılması üçün yetərli işlər görmür. Bizim Rusiya və Çinlə münasibətlərimiz nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planının digər üç Avropa ölkəsi ilə münasibətlərindən fərqlənir. Hesab edirik ki, İran, Rusiya və Çin nə nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planından qabaq, nə də sonra əməkdaşlığı dayandırmayıblar. Ona görə də Rusiya və Çinə bu sazişin həyata keçirilməsində bizə yardım edən tərəfdaş kimi baxırıq. Təəssüflər olsun ki, avropalılar tərəfindən bu cür yanaşmanı görmədik. Onlar saziş çərçivəsində öz üzərlərinə düşən öhdəliyinin yerinə yetirilməsi üçün vacib tədbirləri görmək istəmədilər, ya da bu tədbirləri görmək vəziyyətində deyildilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı