İran İsrail gəmisini raketlə vurdu
İran İsrailin “XT Management” şirkətinə məxsus yük gəmisinə raket zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, İsrailin “Mako” telekanalı məlumat verib.
“Tanzaniyadan Hindistana yüklərlə gedən konteyner gəmisi səhər tezdən İran hərbçilərinin Ərəbistan dənizində atdığı raketlə vuruldu”,-deyə telekanalın məlumatında bildirilib.
Gəminin zədələnməsinə baxmayaraq, planlaşdırılan marşrutu davam etdirəcəyi və Hindistanda təmirdən keçəcəyi qeyd olunub. “XT Management” şirkətinin sahibi Udi Angel artıq baş verənlərdən xəbərdar olduğunu açıqlayıb.
Nəşrin yazdığına görə, təhlükəsizlik qüvvələri zərbə barədə məlumat alıblar və yaxın keçmişdəki oxşar hadisələr fonunda İranın İsrailə qarşı yeni bir cəbhə açıb-açmadığını qiymətləndirməyə çalışırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib