İran: “Azərbaycanla münasibətlər yeni mərhələyə qədəm qoyub”

“Biz hər iki tərəfin qətiyyətli münasibəti sayəsində mətbuat vasitəsilə yaranan arzuolunmaz və faydasız gərginliyi geridə qoyduq”.
Minval.info xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə İslam Respublikası ilə Azərbaycan arasındakı hazırkı münasibətləri barəsində danışarkən deyib.
O, qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri münasibətlərin normallaşmasını sübut edir.
“İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və həmin səfər də bunun təsdiqi oldu. Yaxın gələcəkdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər davam etdiriləcək”, – deyə XİN rəsmisi əlavə edib.
Xətibzadə qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavininin səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsinə yönəlmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub