İran ABŞ-ın təkliflərini rədd etdi – Danışıqlar yarımçıq qaldı
İran ABŞ ilə keçirilən danışıqlarda Vaşinqtonun irəli sürdüyü təklifləri qəbul etməyib. Minval.info xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi “Mehr” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfi irəli sürdüyü plan qəbul edilməyəcəyi təqdirdə danışıqları uğursuz hesab edəcəyini və prosesdən çıxacağını bəyan edib. Qəribabadi bildirib ki, bundan sonra ABŞ nümayəndə heyəti iclası tərk edib.
İran rəsmisi vurğulayıb ki, Tehran nümayəndə heyəti danışıqların davam etdirilməsində israrlı olmayıb və bunu “İran İslam Respublikasının şərəfli diplomatiyası” kimi dəyərləndirib.
Kazım Qəribabadi həmçinin qeyd edib ki, Omanda keçirilən danışıqlar İranın Hörmüz boğazını yenidən bağlamasından sonra baş tutub. Onun sözlərinə görə, qarşı tərəf danışıqlar yekunlaşana qədər cənub marşrutunun açıq saxlanılmasını təklif etsə də, İran bu təklifi qəbul etməyib.
Qəribabadi əlavə edib ki, danışıqların nəticəsindən asılı olmayaraq, İranın fundamental siyasəti dəyişməyəcək və bu xarakterli təkliflər Tehran üçün qəbuledilməzdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan istefa üçün şərtini açıqladı
Mahmud Abbasın Yunan Kiprinə səfəri: siyasi əlaqələrdə yeni dönüş
İsraildə kritik seçki sonrası siyasi düyün: son vəziyyət
Rusiya Afrikada səfirliklərin sayını 48-ə çatdırıb
Ceyhun Bayramov tdt-nin Xarici İşlər Nazirləri şurasında çıxış edib
Eisenkot İsraildə "sionist əsgərlik hökuməti" qurmaq niyyətindədir
Tramp Netanyahunu milli birlik hökumətinə məcbur edə bilər