İrəvanda generalın oğlu və bir qrup etirazçı saxlanıldı - VİDEO
Ermənistanda hökumətin istefasını tələb edən müxalifətçilərə qarşı kütləvi həbslər başlayıb.
Azvision.az xəbər verir ki, paytaxt İrəvandakı Respublika meydanında təşkil edilən mitinq zamanı polislər baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirən vətəndaşları naməlum istiqamətdə aparıblar.
Onların arasında Ermənistanın “qəhrəmanlarından” sayılan Şaqen Mehranyanın oğlu Zinavor Mehranyan da olub .Həmçinin, polislər meydana gələn general Yuri Xaçaturovun oğlu İqor Xaçaturovu da saxlayıblar.
Xatırladaq ki, bu gün ermənilər hökumət binasının giriş-çıxışını bağlayaraq məmurların işə gəlməsinə mane olublar. Polislər güc tətbiq edərək etirazçıları ərazidən uzaqlaşdıra biliblər.

https://youtu.be/mifDXqUGcUw
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib