İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib

“VMedia” yutub-kanalının “Heç İŞİD terrorçuları da belə şeylər törətməyib” adlı filmini paylaşmış rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib.
Minval.info xəbər verir ki, dünən erməni teleqram-kanalları bu video ilə bağlı fəal şəkildə “dezinformasiya” və “nifrətin təbliği” kimi kütləvi şikayətlər etməyə çağırırdılar. Görünür, onlar öz məqsədlərinə çatıblar.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Bundan belə bir nəticəyə gəlmək olar ki, “Facebook” sosial şəbəkəsi və şəxsən Mark Sukerberq Azərbaycanın həqiqət səsini boğaraq, faktiki olaraq, ermənilərin hərbi cinayətlərini ört-basdır edir. Bu elə bir haldır ki, videonun dilini kontent müəyyən edir. “VMedia” kanalı erməni istifadəçilərin “nifrətin təbliği” kimi tərif edilən ifadələrdən istifadə etmək məcburiyyətindədir. Əslində isə filmin müəllifləri heç kimi ittiham etmir və heç nəyi təbliğ etmirlər, onlar sadəcə “Niyə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə beynəlxalq qurumlar Azərbaycan xalqının mədəni-tarixi irsinin dağıdılması haqqında məsələ qaldırmayıblar” sualına cavab tapmağa çalışırlar.
İndi isə başqa bir sual ortaya çıxır: Niyə “Facebook” sosial şəbəkəsi İŞİD ilə müqayisə oluna biləcək və ondan daha betər cinayətkarlar haqqında həqiqətən açılmasına imkan vermir?
Xatırladaq ki, “Heç İŞİD terrorçuları da belə şeylər törətməyib” adlı filimdə erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri cinayətlərdən söhbət açılır. Filmdə qəbirləri məhz edən, başqa sözlə desək, ölülərlə savaşan erməni terrorçularının barbarlığının və vəhşiliyinin hətta İŞİD silahlılarını belə arxada qoyduğu qeyd olunur. Filmin müəllifləri UNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə səssiz qalmasının səbəbini soruşurlar.
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş