“iPhone 12”nin təqdimatı bu il gecikəcək
Hər il sentyabr ayında yeni “İphone” modellərini təqdim edən “Apple” şirkəti bu ilki təqdimatın gecikəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Apple” şirkətinin maliyyə direktoru Luka Mestri açıqlama verib. O, bu ilki təqdimat sentyabr ayında baş tutmayacağını bildirsə də təqdimatın dəqiq tarixi barədə açıqlama verməyib.
Həmçinin şirkətdən bütün yeni “iPhone”-ların təxirə salınacağına və ya yalnız müəyyən modellərin təxirə salınacağına dair də heç bir açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl də “iPhone X” və “iPhone 8” modellərinin təqdimatı da 2017-ci ilin sentyabr ayına elan edilsə də, istehsal problemləri səbəbindən noyabr ayına qədər gecikmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq