İnternetdə təhlükəli flaşmob - Yuyucu tozu yeyirlər - VİDEO
İnternetdə yeniyetmələrin həyatına və sağlamlığına təhlükə yarada biləcək flaşmob müəyyən edilib.
Minval.İnfo Lent.az-a istinadən xəbər verir ki, bu flaşmob “Tide Pod Challenge” adlanır.
Flaşmob iştirakçıları yuyucu tozun gel tabletlərini yeyirlər. Sonradan isə onlar estafeti digər istifadəçiyə ötürürlər. Hətta bəzi insanlar bu yuyucu tozdan hər hansı yeməklər hazırlamağa çalışır və onları boşqablara düzürlər.
Tibb işçiləri artıq bu flaşmobla bağlı öz fikirlərini bildiriblər. Onların fikrincə, yuyucu tozdan istifadə ölümə səbəb ola bilər. Onun içində etanol, polimer və hidrogen piroksidi kimi toksik maddələr mövcuddur.
Ancaq həkimlərin bəyanatlarına baxmayaraq, “Tide Pod Challenge” ilə bağlı çarxların sayı “YouTube”da günbəgün artmaqdadır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO