İnternetdə şəxsi məlumatları necə qorumaq olar?
“ESET Russia”nın mütəxəssisi Andrey Yermilov istifadəçilərə öz şəxsi hesablarını qorumaq üçün tövsiyələr verib.
“ICTnews” xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə parollar müntəzəm olaraq dəyişdirilməlidir:
“Eyni paroldan istifadə etdikdə məlumat itkisi qaçılmazdır. Parollar müntəzəm dəyişdirildikdə və aktuallığını itirdikdə, spam və reklam göndərmələrindən başqa heç bir təhlükə yoxdu”.
Mütəxəssis, həmçinin bir neçə poçt qutusu yaratmağı tövsiyə edib: biri şəxsi, ikincisi isə müxtəlif xidmətlərdə qeydiyyatdan keçmək üçün:
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
“İndiki dövrdə belə məlumat itkilərindən qorunmaq, demək olar ki, qeyri-real səslənir. İndi istənilən mağaza və ya internet xidmət öz istifadəçiləri haqqında informasiya toplayır”.
Məlumat üçün bildirək ki, dünən hakerlər internetdə təxminən 700 milyon elektron poçt ünvanı və 20 milyondan çox parol yerləşdiriblər. Ekspertlər hər ehtimala qarşı istifadəçilərə öz hesab və elektron poçtlarında parolu dəyişməyi tövsiyə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş