İnternet fırıldaqçılarının sayı artıb
“Kasperski laboratoriyası” şirkəti internetdə fırıldaqçıların fəallığının artmasını əks etdirən tədqiqatın nəticələrini açıqlayıb.
Minval.info ictnews.az-a istinadən bildirir ki, şirkət 2018-ci ilin iyun-dekabrında istifadəçilərin fırıldaqçı resurslara keçmək üçün 2,7 milyon cəhdinin qarşısını alıb. Bir il sonra bu göstərici 36,7 milyonadək artıb. Ekspertlər tərəfindən hər ay istifadəçilərin aldadılması və onlardan pul alınması üçün yaradılan 2 minə yaxın sayt aşkarlanır.
İstifadəçilərə daha çox aksiyada iştirak və ya sorğudan keçmək üçün mükafat, sosial ödənişlər və s. vəd edilir. Lakin vəd edilmiş məbləğin alınması üçün istifadəçi “komissiya” və ya “təyin edilmiş pulu” ödəməli olur. Bu məbləğ adətən 3,15 dollar təşkil edir.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Son nəticədə istifadəçiyə pul ödənilmir, “komissiya” isə fırıldaqçıların cibinə gedir. Bundan əlavə, istifadəçi ödəniş zamanı ödəniş məlumatlarını daxil etdikdə onların təhlükəsizliyini riskə qoyur. “Komissiya” ödəmək xahişi dərhal yox, istifadəçi tərəfindən pulun necə idarə ediləcəyi bildirildiyi mərhələdə olunur.
2019-cu ildə fırıldaqçılar fəaliyyət dairəsini genişləndirib: indi onlar elektron poçtla yanaşı, sosial şəbəkələr, videoservis, bloq və s. istifadə edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş