"İnter" Hakan Çalhanoğlunu bu futbolçu ilə əvəzləyir - SON DURUM
İtaliyanın “İnter” klubunun rəhbərliyi ingilis yarımmüdafiəçisi Kertis Consun transferi ilə bağlı yay “transfer pəncərəsi”ndə “Liverpul”la razılığa gəlməyə çalışır.
Fanat.Az xəbər verir ki, məlumatı “InterLive” yayıb.
Mənbənin məlumatına görə, Milan klubu 24 yaşlı futbolçunu, bu mövsüm başa çatdıqdan sonra “İnter”i tərk edə biləcək türkiyəli Hakan Çalhanoğlunun əvəzləyicisi kimi görür. “Liverpul”un hazırkı baş məşqçisi Arne Slot Consu əsas komandanın oyunçusu kimi görmür.
Yarımmüdafiəçinin mersisaydlılarla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir. “Transfermarkt” onun transfer dəyərini 45 milyon avro qiymətləndirirlər.
Xatırladaq ki, Kertis Cons bu mövsüm İngiltərə çempionatında “Liverpul”un heyətində 23 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək