“İnstagram” əxlaqsızları müğənni edib" - Hüseyn də atmaca atdı
Məşhur klarnet ustası Hüseyn Məmmədoğlu ATV-də yayımlanan “Ən yaxşısı” proqramında şou gündəminə damğa vuracaq açıqlamalar edib.
Oxu.Az xəbər verir ki, verilişin aparıcısı Mətanət Əliverdiyeva qonaqlara bayağı müğənnilər və mahnılarla bağlı sual ünvanlayıb. Hüseynin verdiyi cavab isə aparıcını heyrətləndirib:
“Bu viruslar (red: bayağı müğənnilər və mahnılar) istər-istəməz zamanla unudulacaq. On ildən sonra heç yada da düşəməyəcəklər. Amma sənətkarlar yaşayacaq. Çünki Azərbaycanda çox sayda peşəkar və öz sözünü demiş musiqiçilər var. Məsələn Ənvər Sadıqov. Onun məktəbi artıq var və bu davam edir. Skripkaçı Ramil Həsənovun da məktəbi var. Klarnet ifaçısı Hakim Abdullayev var. Onun da məktəbi var. Onlar yaşadıqca tələbələri olacaq və yeni musiqiçilər yaranacaq. Buna görə inanmıram ki, 15 ildən sonra Azərbaycan musiqisi pis olsun. Bayağı mahnılar və müğənnilər isə 15, 20 hətta 30 il əvvəl də var idi. Amma bu qədər deyil idi. İnanın ki, “İnstagram” sosial şəbəkəsi əxlaqsızları müğənni edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
