İnstagram məşhurları arasında qalmaqal - FOTO
Səyahət blogeri Günel Fərhadlı fiziki şiddətə məruz qaldığını iddia edib.
OLAY-ın əldə etdiyi məlumata görə, Günel digər influenser Canana Azizlinin (Jananagasim) həyat yoldaşı Paşa Azizli ilə mübahisə edib.
Hadisə ticarət mərkəzlərinin birində baş verib. G. Fərhadlının sözlərinə görə, mübahisədən sonra qarşı tərəfdən fiziki şiddət görüb, həmin anlar ticarət mərkəzinin təhlükəsizlik kamerasına əks olunub.
Bundan sonra tərəflər polis bölməsinə üz tutub, polis məsələyə baxıb. O qeyd edib ki, qarşı tərəfin xanımı onunla bağlı paylaşımlar etdiyi üçün bu məsələni işıqlandırmaq istəyib.
Bundan başqa bloger həmin şəxsin onu şantaj etdiyini də iddiasında vurğulayıb.
C. Azizli isə paylaşım edərək məsələnin həll olunduğunu yazıb:
“Dünən verdiyiniz qərarla məsələ bağlandı və bizim üçün bu mövzu tamamilə bitmiş hesab olunur. Bundan sonra hadisəyə qayıtmaq və ya əlavə tələblərlə çıxış etmək tərəfimizdən qəbul olunmayacaq. Hər iki tərəf üçün də ən doğru olan – mövzunun burada qapanmasıdır”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!