“Instagram” canlı yayım funksiyasını genişləndirir
Məşhur sosial media platforması “Instagram” canlı yayım funksiyasını genişləndirir.
“Instagram”da masaüstü kompüter və müxtəlif üçüncü tərəf platformalar vasitəsilə canlı yayım açmaq mümkün olacaq. Instagram OBS, “Streamyard” və “Streamlabs” kimi canlı yayım proqramından istifadə edərək masaüstündən canlı yayım imkanı verən yeni aləti sınaqdan keçirir.
“Meta” sosial media platforması ilk dəfə tətbiqdən kənarda canlı yayıma imkan verir. Yeni inteqrasiya sayəsində “Instagram” paylaşımlarında xarici kamera, mikrofon və ya ekran şablonlarından istifadə etmək olar.
“Instagram”ın masaüstü versiyasında canlı yayıma başlamaq üçün əvvəlcə hansı yayım platformasını seçdiyinizi (məsələn, OBS və ya “Streamlabs”) göstərməlisiniz. Bundan sonra sizdən canlı yayımınıza başlıq verməyiniz istəniləcək. Başlığınızı seçdikdən sonra açarı və birbaşa yayım bağlantısını görəcəksiniz. Hər iki kodu xarici proqram təminatına köçürməklə siz “Instagram” yayınını xarici proqramla əlaqələndirmiş olacaqsınız.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq