30.03.2020 - 12:51
İdman
20 baxış
İnsanları evdə qalmağa çağırdı, özü avtomobil qəzası törətdi - FOTOLAR
Fanat.Az “The Sun”a istinadən xəbər verir ki, karantin qaydalarını pozan Qriliş martın 28-i səhər saat 8 radələrində qəza törədib. O, “Range Rover” markalı avtomobilini vurub. Şahidlərin sözlərinə görə, Qrilişin avtomobili yol kənarında dayanmış bir neçə avtomobilə ziyan vurub.
24 yaşlı futbolçunun həmin gün partidən qayıtdığı bildirilir. Hadisənin şahidlərindən biri bu barədə məlumat verib:
“Bütün gecəni əyləndilər. Dözülməz idi. Səs-küy yalnız qısa müddət dayandı və səhər saat 8 radələrində toqquşma səsi eşidildi.
Qriliş avtomobilin yanında dayanmışdı. Çaşqın görünürdü. Cek tələsik halda oradan ayrılmağa çalışdığı üçün qalmaqal yaşandı. İnsanlar onu sorğu-suala tutmuşdular”.
Qeyd edək ki, hadisədən bir neçə saat əvvəl ingilis oyunçu video paylaşaraq insanları evdə qalmağa və karantin qaydalarına əməl etməyə çağırmışdı.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54
