İnsanlar yaxın 10 il ərzində smartfondan imtina edəcəklər
On ildən sonra bəşəriyyət smartfonlardan istifadə etməyi dayandıracaq, cib telefonu rudiment olacaq.
“RİA Novosti”nin məlumatına görə, bu barədə “Veon” qrupunun rəqəmsal məhsullar direktoru Corc Held bildirib.
“Yeni texnologiyalarla eksperiment etməliyik. Telefonu zəng etmək üçün istifadə edirik, amma əminəm ki, 10 ildən sonra o, olmayacaq”, – Held bildirib.
Onun sözlərinə görə, bu cihazları daha inkişaf etmiş texnologiyalar, məsələn, proyeksiyalar əvəz edəcək.
Mütəxəssis məlumatın gözlər önündə görünəcəyini, xüsusi bir sensordan istifadə edərək şüşəyə və ya divara əks olunacağı ehtimalını verib:
“Beləliklə, şəhərin mərkəzində itmiş nənənin heç yerə zəng etməsinə ehtiyac qalmayacaq: o, sadəcə divardan “Evə necə gedə bilərəm?”, – soruşa bilər və divar ona marşrutu göstərəcək”, – deyə Held futuristik proqnozunu verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq