İnsan beyninə çip taxdılar - 15 dəqiqə ərzində bunlar baş verdi
“Inner Cosmos” şirkəti depressiyanı müalicə edən beyin implantının ilk insan sınağını həyata keçirib.
Musavat.com bu barədə “Daily Mail”ə istinadən xəbər verir.
Sözügedən cihaz iki hissədən ibarətdir: dərinin altına yerləşdirilən elektrod və cihazı gücləndirmək üçün istifadəçinin saçına taxılan kapsul. Kapsul depressiyadan təsirlənən beyin sahəsinə kiçik elektrik impulsları göndərən qəpik ölçüsündə olan implantı gücləndirir.
Şirkət gündə cəmi 15 dəqiqə ərzində aparılan müalicənin uğurlu nəticə verdiyini iddia edir. “Inner Cosmos” gələn ay cihazı ikinci xəstədə sınaqdan keçirməyi planlaşdırır.
Qeyd edək ki, bu yaxınlarda İlon Maska məxsus beyin çipi layihəsi “Neuralink” meymun üzərində sınaqdan keçirilib.
Pager adlı 9 yaşlı meymun sınaq çərçivəsində düşüncə gücü ilə video oyunu oynamağı bacarıb.
![]()
Mask gələcəkdə iflic olan xəstələrin beyin çipi sayəsində əzələlərini hərəkət etdirə və düşüncə gücü ilə yeriyə biləcəklərini iddia edir. Milyarder sahibkar qeyd edib ki, sözügedən texnologiya ilə alzheimer və parkinson kimi xəstəliklər də müalicə edilə bilər.
![]()
Maskın 2016-cı ildə istifadəyə verdiyi “Neuralink”in məqsədi çox yüksək bant genişliyinə malik beyin-maşın interfeyslərini inkişaf etdirməkdir. Akkumulyatorla işləyən çip kəllə sümüyünə yerləşdiriləcək və beyinə elektrodlar göndərə biləcək.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq