İngiltərə klubunun forvardı "Qalatasaray"da
“Qalatasaray” heyətinə yeni futbolçu qatıb.
Minval.info xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dervişoğlunu rənglərinə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 21 yaşlı futbolçunun transferi ilə bağlı onun klubu və özü ilə danışıqlara start verildiyi diqqətə çatdırılıb. Halil Dervişoğlu artıq İstanbula gəlib. Onun qısa zamanda tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.
Qeyd edək ki, Halil Dervişoğlu Rotterdam “Sparta”sının (Niderland) yetirməsidir. Hücumçu 2020-ci ildə “Brentford”a transfer edilsə də, yenidən Niderlanda qayıdıb və “Tvente”də icarədə oynayıb. Niderlandda dünyaya göz açmasına baxmayaraq, Dervişoğlu Türkiyənin U-19 və U-21 yığmalarında oynayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək