İmişlidə 2 günlük körpə valideyn səhlənkarlığından öldü
İmişli rayonunda yeni doğulan körpə ölüb.
Trend-in məlumatına görə, hadisə ötən gün baş verib. Avqustun 28-də gecə saat 01 radələrində İmişli rayonunun Bəcirəvan kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Ziba Fərhad qızı İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib və orada oğlan uşağı dünyaya gətirib. Həkimlər razılıq verməsə də, yeni doğulan körpə valideynlərin təkidi ilə xəstəxanadan çıxarılaraq evə aparılıb.
Avqustun 30-da uşağın səhhətində problem yaranıb. Körpə yenidən xəstəxanaya gətirilsə də, həkimlər uşağın həyatını xilas edə bilməyib. 2 günlük körpə xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!
