İlin ən yaxşı qoluna namizədlər açıqlandı - VİDEO
FİFA ilin ən yaxşı qoluna verilən “Ferents Puşkaş” mükafatına namizədləri açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıda 10 futbolçunun adı yer alıb.
Bunlar Daniel Jori (“Debretsen”), Lionel Messi (“Barselona”), Zlatan İbrahimoviç (“Los-Anceles Qelaksi”), Endros Taunsend (“Kristal Pelas”), Fabio Kvalyarella (“Sampdoriya”), Xuan Kintero (“River Pleyt”), Mateus Kunyadı (“Leyptsiq”), eyni zamanda üç qadın futbolçu – Adjara Nçut (Kamerun millisi), Emi Rodriges (“Yuta Royals”) və Billi Simpsondır (“Kliftonvill Ledis”).
FİFA-nın saytı 3 finalçının müəyyənləşməsi üçün saytında azarkeşlər arasında səsvermə başladıb. Səsvermə sentyabrın 1-i başa çatacaq. Bundan sonra qalibi FİFA-nın əfsanələri seçəcək.
Qeyd edək ki, ötən il bu mükafatı “Liverpul”un hücumçusu Məhəmməd Salah qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi