İlham Əliyevdən daha bir təyinat
Prezident İlham Əliyev Mərkəzi Bankın İdarə Heyətinin üzvü Əliyar Məmmədyarovla bağlı Sərəncam imzalayıb.
“Minval.info” xəbər verir ki, Sərəncamla Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bank sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Q.Məmmədyarov 1977-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Mərkəzi Bankda işləyir. 2012-ci ilin fevralında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru, 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanıb
Hacı Mazan yenidən qalmaqal yaratdı - Liftə şifrə qoydurub - FOTO
Dollar kreditlərinə ediləcək güzəşti belə hesablayın
Adil Əliyev oğlunun maşın kolleksiyası haqda xəbərə reaksiya verdi
İranda etiraz aksiyalarında ölənlərin sayı 330 nəfərə çatıb