02.12.2021 - 12:47
Siyasət
19 baxış
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi (FOTO)
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.Minval.info xəbər verir ki, Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olundu. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
18.09.2026 - 20:38
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
18.09.2026 - 19:14
Paşinyanın maaşı 80% artdı!
18.09.2026 - 16:26
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
18.09.2026 - 15:30
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
18.09.2026 - 11:11
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
18.09.2026 - 09:33
Almaniya səfiri İran XİN-ə çağırıldı
18.09.2026 - 08:37
Ən təhlükəli bürclər: Balıqlar, tərəzilər, əqrəblər!
18.09.2026 - 08:09



