İlham Əliyev: "Nefti, qazı unutmalıyıq, nə vaxtsa bitəcək"
“İqtisadiyyatın şaxələndirilməsi əsas məqsədlərimizdən biridir. Və biz bu sahədə uğur qazanmışıq”.
Minval.İnfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda “Strateji Baxış: Avrasiya” panel sessiyasında deyib.
“Nefti, qazı unutmalıyıq. Onlar nə vaxtsa tükənəcək. Gələcək yaxşı idarəetmədə, şəffaflıqda, sahibkarlığın dəstəklənməsindədir”, – deyə ölkə Prezidenti bildirib.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsində ciddi islahatlar həyata keçirdiyini və bunun artıq nəticə verdiyini vurğulayıb.
Azərbaycan Prezidenti ölkədə həyata keçirilən enerji və nəqliyyat layihələri barədə danışıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttini xatırladan dövlət başçısı BTQ-nin reallaşması regionun yeni nəqliyyat xəritəsinin yaratdığını qeyd edib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı