İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"
“Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur”.
BAKU.WS xəbər verir ki, bunu aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü zamanı deyib.
“Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Yəni, bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır. Bizim müntəzəm əlaqələrimiz sadəcə görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir. Bir daha xoş gəlmisiniz, Sizi yenidən Bakıda görməyimə şadam”, – Prezident bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məxfi xidmətin əməkdaşı Cey Di Vensin səfərlərinə dair məlumat sızdırıb?
Peskov İranla bağlı sualdan QAÇDI
Lavrov Ukrayna sualından belə yayındı
Rubio Beynəlxalq Cinayət Məhkəməsini sərt tənqid etdi
Zelenski Trampın elçiləri ilə müharibəni müzakirə etdi
Tramp: İran yeni nüvə obyekti yaratsa, dərhal vuracağıq
Tramp xəbərdarlıq etdi: ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər