Azərbaycanlı futbolçunun itkin düşməsiylə bağlı xəbər yayıldı
Bakıda gənc oğlan itkin düşməsiylə bağlı xəbər yayılıb.
Trend-in yaydığı məlumata görə, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib. P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Pilağa Mehdiyevdən gedir. Məsələ ilə bağlı saytımıza açıqlama verən futbolçunun atası Radil Mehdiyev oğlunun evdə olduğunu bildirib. Pilağanın özü də əməkdaşımızla söhbətində yayılan xəbərin həqiqəti əks etdirmədiyini qeyd edib.
Qeyd edək ki, “Neftçi”, “Qarabağ” kimi klubların əvəzedicilərində çıxış etmiş Pilağanın son klubu birinci divizonda mübarizə aparan “Ağsu” komandası olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tokio-2020: Azərbaycan paralimpiadada 7-ci qızıl medalını qazanıb
Şerif - Qarabağ - CANLI
Ronaldo və Messi qarşıdurması olacaq - Maraqlı oyun bu tarixdə baş tutacaq
Fransalı hücumçu rəsmən “Qarabağ”da
DİN-dən "Neftçi" - "Qalatasaray" azarkeşlərinə xəbərdarlıq
"Yuventus" şokda: Ronaldo komandadan gedir
Mahir Emreliyə Avropadan dəvət gəldi