12.09.2026 - 15:11
Maqazin 16 baxış

İctimai nəqliyyatda yeni dövr: Brutto modeli gəlir

Azərbaycanda ictimai nəqliyyatda yeni bir dövr başlayır. İllərdir müzakirə olunan məsələlərdən biri olan avtobusların hərəkət qrafikinin sabitliyi və xidmət keyfiyyətinin artırılması istiqamətində ‘Brutto müqavilə’ modelinin tətbiqinə başlanılıb. Bu yeni yanaşma, daşıyıcıların gəlir əldə etmə prinsiplərini dəyişməklə yanaşı, ictimai nəqliyyatda xidmətin təşkilinə də yeni bir baxış gətirir.

Minval.info xəbər verir ki, ilk mərhələdə beş müntəzəm marşrutun bu sistemə qoşulması ilə yeni modelin praktiki tətbiqi başlanıb. ‘Brutto müqavilə’ modeli çərçivəsində daşıyıcılar göstərdikləri xidmətə uyğun olaraq dövlət tərəfindən subsidiya alacaqlar. Bu, daşıyıcıların hər qət etdiyi kilometrə görə ödəniş almasını və qarşılaşdıqları zərərin kompensasiya olunmasını təmin edəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu modelin tətbiqi ilə yalnız gəlirli marşrutlara üstünlük verilməsinin qarşısı alınacaq. Şəhərətrafı və azrentabelli marşrutlarda xidmət səviyyəsinin yüksəldilməsi üçün şərait yaranacaq. Sərnişinlər isə xidmət keyfiyyətinin artmasını, müasir avtobusların sayının çoxalmasını və gec saatlara qədər xidmətin davam etməsini müşahidə edəcəklər.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirir ki, dünyanın bir çox mühüm şəhərləri artıq bu modelə keçib. ‘Brutto müqavilə’ modeli ilə daşıyıcılar hər kilometrə görə subsidiya alacaqları üçün gecə saatlarına qədər hərəkət etməyə maraqlı olacaqlar. Bu modelə əsasən, hətta avtobusda bir sərnişin olsa belə, məsafə qət edilməlidir. Beləliklə, ən rentabelsiz marşrutlar da ictimai vacibliyi nəzərə alınaraq fəaliyyət göstərəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: