İçərişəhərdə tarixi divarların yeni siması: Yazılar təmizləndi, abidələr qorundu
İçərişəhərdə tarixi binaların divarlarına yazılan yazılarla bağlı narahatlıq doğuran vəziyyətə müdaxilə edilib.
Minval.info xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu barədə məlumat yayıb. Məlumatda vurğulanır ki, İçərişəhər, əsrlər boyu müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bir məkan olaraq, tarixi atmosferi ilə müasir şəhər həyatının harmoniyasını qorumağa çalışır.
Son günlərdə bəzi turistlər və gənclər tərəfindən divarlara yazılan xatirə yazıları ilə bağlı narahatlıqlar yaranıb. Bu yazıların yerləşdiyi səthlər asanlıqla təmizlənə və yenidən rənglənə bilər, beləliklə, tarixi irsə fiziki zərər vermir. Dünyanın bir çox şəhərində bu cür hallara rast gəlinir və bu yazılar “art wall” – xatirə və ifadə divarı kimi qəbul edilir.
Bununla yanaşı, tarixi abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə müdaxilə edilməməsi vacibdir və bu məsələlər ciddi nəzarət altındadır. Hal-hazırda, məsələ polis və digər aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən binanın əsas fasadı təmizlənərək neqativ hallar aradan qaldırılıb.
İdarə, İçərişəhərin tarixi simasını qorumaqla yanaşı, onu gənclərin və turistlərin rahatlıqla ziyarət edə biləcəyi bir məkan kimi yaşatmağı hədəfləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır