İbrahim Tatlısəsin erməni sevgisi qalmaqal yaratdı – Video
Türkiyə şou biznesinin “imperator”u, məşhur müğənni İbrahim Tatlısəs “instagram” hesabından yeni video paylaşıb.
Dərgi.az xəbər verir ki, “Tatlısəs Kabab” adı ilə Türkiyənin bir çox yerində restoranları olan “imperator”un videosu tənqid atəşinə tuş gəlib. Buna səbəb isə videonun fonundakı musiqidir. Belə ki, həmin mahnı erməni dilində səsləndirilib. Halbuki, bu, Azərbaycananın məşhur “Evlərinin önü yonca” musiqisidir.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Sözügedən əsərin tarixinə nəzər salsaq, görərik ki, bu musiqinin tarixi məhz ölkəmizlə bağlıdır. Belə ki, bu musiqi 1958-ci ildə İraqdan Azərbaycana gələn Sinan Səid və azərbaycanlı Nərminə Məmmədovaya məxsusdur.
Əslən İraq türkməni olan Sinan Səid 1958-ci ildə İraqın paytaxtı Bağdad şəhərindən Bakıya radio aparıcısı kimi dəvət edilir. Və bir müddətdən sonra o, burada azərbaycanlı Nərminə Məmmədova ilə tanış olur. Məşhur Qiyasbəylilər nəsilindən olan Nərminə Məmmədovanın əsl adı Fəridə idi.
Onlar bir müddətdən sonra birlikdə bir neçə musiqiləri ifa edirlər ki, bunlardan biri də məşhur “Evlərinin önü yonca” əsəri olub. Ermənilər isə hər zamankı ənənələrinə sadiq qalaraq, bu dəfə də, Azərbaycanın qədim musiqilərindən birinə sahiblənmək istəyirlər.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Bütün bunlar bir kənara, İbrahim Tatlısəsin bu əsərin məhz erməni dilində səsləndirilən versiyasının öz videosunda əks olunmuş görüntülərini paylaşması haqlı olaraq azərbaycanlı izləyicilər tərəfindən tənqid edilib.
Tatlısəs bir müddət sonra videonu silməli olub.
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
